Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada barama məhsulunun tədarükünə başlanılıb

08 iyun 2018 | 11:00

Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq Ağstafa rayonu üçün ənənəvi məşğuliyyət sahəsi olan baramaçılığın yenidən bərpası və inkişafı üçün bütün zəruri şərait yaradılmışdır. Ötən illərdə olduğu kimi bu il də Qax rayon Damazlıq İpəkçilik Stansiyasından gətirilmiş barama toxumu qutuları bu sahə ilə məşğul olmaq istəyənlərə pulsuz paylanılmışdır.  Cari ildə ağstafalı kümçülərə paylanılmış 104 qutu ipək qurdu toxumu tələb olunan müvafiq aqrotexniki şərtlərlə təchiz olunmuş məntəqələrdə bəslənilmişdir. Artıq barama məhsulunun tədarükünə başlanılmışdır. Bu il Ağstafada  4,0 tondan artıq barama məhsulunun əldə olunması nəzərdə tutulur. Hər ötən ildə həm kümçülərin təcrübələrinin artması, həm  daha münbit şəraitin yaradılması və həm də bu sahədə çalışmaq istəyənlərin sayının artması onu deməyə əsas verir ki, növbəti illərdə bu rəqəmlər artan dinamika ilə inkişaf edəcəkdir.

Keçidlər