Şriftin ölçüsü :

Saytın rəngi :

Göycəli kənd körpələr evi-uşaq bağçası əsaslı yenidənqurmadan sonra istifadəyə verildi

12 iyun 2018 | 11:00

Ağstafa rayonunun növbəti, 35 uşaq yerlik Göycəli kənd körpələr evi-uşaq bağçasının inzibati binası əsaslı yenidən qurularaq istifadəyə verilib. Bu münasibətlə məktəbəqədər təhsil müəssisəsində geniş mərasim keçirilib. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə oqranlarının, müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq bildirib ki, Azərbaycan Respublikasında cəmiyyətin bütün sahələrində olduğu kimi, məktəbəqədər təhsil sahəsində də məqsədyönlü islahatlar həyata keçirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə rayonumuzun bütün sahələrinə olduğu kimi bu sahəyə olan dövlət qayğısı yüksək səviyyədədir. Belə ki, son illərdə 4 uşaq bağçası yenidən tikilmiş, 5 uşaq bağçası əsaslı təmir olunmuşdur, bütün uşaq bağçalırında müvafiq təmir-bərpa işləri həyata keçirilir, zəruri maddi-texniki baza ilə təchiz olunur. Bu istiqamətdə işlər uğurla davam etdirilir. Məktəbəqədər tərbiyə təhsil sisteminin ilk pilləsidir. O, ailə ilə sıx əməkdaşlıq şəraitində məktəbəqədər yaşlı uşaqların milli  ruhda tərbiyəsini, məktəbə hazırlanmasını, ictimai-faydalı əməkdə iştirakını təmin edir. Məktəbəqədər təhsil ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetiq tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir.
Sonra kənd ictimaiyyətinin nümayəndələri Qotaz Eyyubova, Tamilə Abbasova və Əli İbrahimov çıxış edərək rayonun cəbhə bölgəsinə yaxın ərazidə yaşayan sakinlər adından onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Daha sonra uşaq bağçasında yaradılan  yaradılan şəraitlə yaxından tanış olunub.

 

Keçidlər