Şriftin ölçüsü :

Saytın rəngi :

“Milli Qurtuluş Günü-dövlətçilik tariximizin şanlı səhifəsidir” mövzusunda tədbir keçirilib.

12 iyun 2018 | 11:00

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu 15 iyun   Milli Qurtuluş Günü münasibəti ilə “Milli Qurtuluş Günü-dövlətçilik tariximizin şanlı səhifəsidir” mövzusunda  tədbir keçirilib. Ağstafa rayon Heydər Əliyev Mərkəzində  keçirilən  tədbirdə  Bilik Fondunun məsləhətçisi Almaz Axundova, Bakı Dövlət Universitetinin dosenti Sevinc Əliyeva, Bilik Fondunun nümayəndəsi və təhsil  işçiləri iştirak ediblər.  Tədbirdə Sevinc Əliyeva çıxış edərək Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan 15 iyun   Milli Qurtuluş Günü haqqında danışıb. Qeyd olunub ki, 1993-cü il iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində möhkəm təməli olan müasir müstəqil Azərbaycan dövləti qurulub. Rektor Milli Qurtuluş Gününün Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhni olduğunu vurğulayıb. O diqqətə çatdırıb ki, Ulu Öndərin hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsi olmaqla gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub.

Keçidlər