Şriftin ölçüsü :

Saytın rəngi :

15 İYUN - MİLLİ QURTULUŞ GÜNÜ Ağstafada izdihamla qeyd olundu

13 iyun 2018 | 11:00

15 iyun Milli Qutuluş Günü münasibəti ilə Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında geniş bayram konserti keçirildi. Ümumrayon  tədbirində Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, rayon ərazisində yerləşən hərbi hissələrin əsgər və zabitləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi. İlk öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtirama yad etdilər.
Heydər Əliyev adına mədəniyyət və istirahət parkının mərkəzində quraşdırılmış səhnənin önündə tədbiri giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev açdı. Qeyd olundu ki, 1993-cü ilin iyun ayının 15-i Azərbaycan tarixinə milli qurtuluş günü kimi daxil oldu və dövlətçiliyimiz yox olmaq təhlükəsindən qurtardı. Ö xilaskar missiyası ilə Heydər Əliyev respublikanın müstəqilliyini qorudu , ölkədə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir , regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu , onun ən böyük tarixi  nailiyyətini müstəqilliyini təmin etdi. Həmin gün xalqın inadlı tələbi ilə 2-ci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali sovetin Sədri seçilir. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngidi və ölkə vətəndaş müharibə və parçalanma təhlükəsindən xilas oldu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. O milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa  olundu. Bu gün də ölkəmiz Ulu Öndərimizin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi daha da çiçəklənir və inkişaf edir.
Bayram tədbiri yerli mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında geniş konsert proqramı ilə davam etdirildi.

 

Keçidlər