Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada körpələr evi-uşaq bağçalarında “Əlvida Bağça, salam məktəb " adlı tədbirlər keçirilir

14 iyun 2018 | 11:00

7-14 iyun 2018-ci il tarixdə Ağstafa rayonunun məktəbəqədər təhsil müəssisələrində “Əlvida bağça, salam məktəb”  adlı tədbirlər keçirilib.
  Bayram şənliyində balaca fidanlar  məktəbə hazırlıq qrupunun uşaqları vətənə, müəllimə, ana dilimizə, təbiətə, sülhə həsr edilən şeirlər və nəğmələr səsləndiriblər.
         Tədbirdə RİH Başçısı Aparatının məsul işçiləri, bağçanın kollektivi, bağçanı bu il bitirən uşaqlar və onların valideyinləri iştirak edirdi. Tədbirdə uşaqlar hazırladıqları rəqslərə, Vətənə aid ifa etdikləri mahnılar, səsləndirdikləri şeirlərlə öz bilik və bacarıqlarını nümayiş etdirdilər.

Keçidlər