Şriftin ölçüsü :

Saytın rəngi :

Ali məktəb müəllimləri ilə ağstafalı abituriyentlərin görüşü keçirilib

21 iyun 2018 | 11:00

Ağstafa şəhər 1 saylı tam orta məktəbinin akt zalında Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup müəllimi ilə rayon abituriyentlərinin görüşü keçirilmişdir. Tədbiri giriş sözü ilə RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər  şöbəsinin müdir müavini Əziz Məsmalıyev açaraq rayonda təhsil sahəsində görülmüş işlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, rayonda yeni-yeni məktəb binalarının, korpuslarının tikintisi, əsaslı təmiri, eləcə də maddi-texniki bazasının gücləndirilməsi  ölkə rəhbərliyinin Ağstafa rayon təhsilinə göstərdiyi yüksək diqqət və qayğısının təzahürüdür.
Sonra Azərbaycan Dövlət Aqrar Universitetinin dossentləri Telman Musayev, Musa Bayramov və Zahir Ələsgərov çıxış edərək Universitetin maddi-texniki bazası, yaranma tarixi, qəbul qaydaları, ixtisaslar və dövlət tərəfindən verilən imtiyazlar barədə ali təhsil müəssisələrinə sənəd vermiş abituriyentlərə ətraflı məlumat veriblər. Qeyd olunub ki, Universitetdə  29 ixtisas üzrə  6 fakültə və 31 kafedra fəaliyyət göstərir. 
Daha sonra abituriyentləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər