Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhərində növbəti səyyar görüş

27 iyun 2018 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağstafa şəhərində növbəti səyyar görüşünü Ş.Qurbanov küçəsində 23 və 24 saylı çoxmənzilli yaşayış binalarının sakinləri ilə keçirib. Görüşdən öncə İcra başçısı rayonun bir sıra rəhbər  işçiləri  və sakinlərlə birlikdə hər iki binada aparılan təmir-bərpa işlərinə baxış keçirib, işlərin aparılmasına məsul şəxslərə əlavə tapşırıqlarını verib. Binaların həyətində keçirilən görüşü giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, hərbi qüdrətindən, mövcud ictimai-siyasi sabitliyindən, beynəlxalq arenadakı yüksək imicindən geniş söz açıb. Həmçinin ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq son illər Ağstafada həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərindən, sosial infrastruktur layihələr barədə ətraflı məlumat verilib. Sonra İcra başçısı səyyar qəbulda iştirak edən sakinlərin təklif və müraciətlərini qəbul edib. Sakinlər ilk öncə hər iki binada aparılan təmir işlərini yüksək qiymətləndirdiklərini və onlara göstərilən yüksək dövlət qayğısına görə dərin minnətdarlıqlarını ifadə ediblər. Görüşdə  binaların həyətinə içməli su xəttinin çəkilməsi, həyətdə xeyir-şər evinin tikilməsi, binaların müasir tipli mərkəzləşdirilmiş istilik sisteminin çəkilməsi kimi məsələlər ön plana çəkilib. İcra başçısı Ağstafa “Sukanal” idarəsinin müdirinə həftə ərzində yeni içməli su xəttinin çəkilməsi işinin başlanılması tapşırığını verib. Vətəndaşların nəzərinə çatdırılıb ki, növbəti ildə hər iki binaya yeni istilik sisteminin çəkilməsi nəzərdə tutulub.  Həmçinin qaldırılan digər  məsələlərin həli istiqamətində də aidiyyatı üzrə tapşırıqlar verilib.

 

Keçidlər