Şriftin ölçüsü :

Saytın rəngi :

10 km uzunluğunda Kolayır -Düzqışlaq -Mollacəfərli - Xılxına - Qarahəsənli kəndlərini birləşdirən avtomobil yolu əsaslı şəkildə yenidən qurulub.

02 iyul 2018 | 11:00

Tikinti layihəsinə uyğun olaraq yolun əsasında dağılmış hissələr müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə çınqıl qruntu tökülərək yayılıb və kipləşdirilib. Mövcud çınqıl örtüklü yol avtoqreyderlə plana salınaraq kipləşdirilib və yol əsası inşa edilib. Yol əsasının alt layının tikintisi optimal qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılıb. Bundan başqa çiyinlərin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri də görülüb. Yol əsası hazır olan hissələrə isə layların əlaqələndirilməsi üçün bitum səpilib və örtüyün alt qatı iri dənəli, üst qatı isə xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilib. Yolun altından suların ötürülməsini təmin etmək məqsədi ilə 8 ədəd mövcud dəmir suötürücü boru qazılaraq çıxarılıb, əvəzinə yeni dəmir-beton borularaq quraşdırılıb və başlıqlarının tikintisi aparılıb. Mövcud tikinti norma və qaydalarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə aparılan tikinti işlərindən sonra hərəkətin normal təşkili üçün yola 50 ədəd yol nişanı və 420 ədəd siqnal dirəkləri quraşdırılıb, 30 km uzunluğunda üfüqi nişanlanma xətləri çəkilib.
4 mindən artıq əhalinin yaşadığı Kolayır -Düzqışlaq -Mollacəfərli - Xılxına - Qarahəsənli kəndlərini birləşdirən avtomobil yollarının yenidən qurulması işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.

 

Keçidlər