Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada taxıl biçini, qaz, elektrik enerjisi, su və digər xidmət sahələrindəki vəziyyətlə bağlı operativ müşavirə keçirildi

03 iyul 2018 | 11:00

Bu gün Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin sədrliyi ilə Ağstafada taxıl biçini, qaz, elektrik enerjisi, içməli və suvarma su təchizatı, eləcə də əhaliyə göstərilən digər xidmət sahələrindəki mövcud vəziyyətlə bağlı operativ müşavirə keçirildi. Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının akt zalında keçirilən müşavirədə başçının müavinləri, aparatının şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edirdi. Müşavirənin gündəliyində duran məsələlər ətraflı müzakirə edildi, müvafiq struktur rəhbərlərinin arayışları dinlənildi. İcra başçısı mövcud nöqsanların operativ qaydada həlli istiqamətində konkret tapşırıqlarını verdi. Xüsusi ilə qeyd olundu ki, əhalini yerlərdə narahat edən istənilən məsələyə həssaslıqla yanaşılmalıdır və dərhal da rayon rəhbərliyinə təfsilatı ilə məruzə olunmalıdır. Digər təqdirdə məsələyə məsul şəxslər haqqında qanuna müvafiq tədbirlər görüləcəkdir.
Müşavirə işgüzar şəraitdə keçdi.

 

Keçidlər