Şriftin ölçüsü :

Saytın rəngi :

AĞSTAFADA NÖVBƏTİ DƏFƏ GƏNCLƏRİN TƏNTƏNƏLİ HƏRBİ XİDMƏTƏ YOLA SALINMASI MƏRASİMİ KEÇİRİLDİ

09 iyul 2018 | 11:00

 “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı Ağstafa rayonunda gənclərin hərbi xidmətə yola salınması münasibəti ilə təntənəli mərasim keçirildi. Tədbir  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsində təşkil olunmuşdur. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin Hüquq şöbəsinin müdiri Müşfiq Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, Gənclər və İdman İdarəsinin nümayəndələri, rayon ağsaqqalları və Qarabağ müharibəsi əlliləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri, çağırışçı gənclər, valideynlər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Mərasimi giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəis müavini Füzuli Əliyev hərbi xidmətə yola salınan gəncləri, onların valideynlərini və doğmalarını ürəkdən təbrik edərək qeyd etdi  ki, bu gün vahid mərkəzdən idarə olunan və güclü maddi-texniki bazaya malik olan ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. 26 İyun-Silahlı Qüvvələr günü münasibəti ilə  paytaxtın «Azadlıq» meydanında keçirilən parad Azərbaycan Ordusunun qüdrətini bir daha nümayiş etdirdi. Hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğu qeyd edildi.
Daha sonra valideyinlər, müharibə veteranları və ictimaiyyət nümayəndələri çıxış edərək həqiqi hərbi xidmətə yola salınan çağırışçılara uğurlar diləyib, onlara vətən qarşısında layiqli şəkildə borclarını yerinə yetirməyi tövsiyə ediblər.
Gənclər də öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qoruyacaqlarına söz verdilər.
Çıxışlarından sonra çağırışçı gənclər Azərbaycan Bayrağını öpərək, müqəddəs “Qurani-Kərim”in altından keçərək, hərbi marşın sədaları altında ruh yüksəkliyi ilə ordu sıralarına yola düşdülər.

 

Keçidlər