Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhərində 23 və 24 saylı beş mərtəbəli çoxmənzilli yaşayış binalarının təmiri işləri sürətlə davam etdirilir

19 iyul 2018 | 11:00

“Ağstafa rayonunun sosial-iqtisadi inkişafı (2014-2018-ci illər) Dövlət Proqramına uyğun olaraq  Ağstafa şəhərində çoxmənzilli yaşayış binalarının təmiri istiqamətində tədbirlər uğurla icra olunur.  Təmir olunan binaların  dam örtükləri, qapı və pəncərələri yenidən qurulur, blok girişləri və pilləkən qəfəsələri əsaslı təmir olunur, kommunikasiya xətləri səliqəyə salınır, həyətlərdə abadlıq-quruculuq işləri həyata keçirilir, müasir işıqlandırma sistemi quraşdırılır, sakinlərin rahat istirahət etmələri üçün müvafiq şərait yaradılır. 
Hazırda Ağstafa şəhəri Ş.Qurbanov küçəsində 23 və 24 saylı çoxmənzilli yaşayış binalarında təmir-bərpa işləri davam etdirilir. Hər iki binanın dam örtükləri yenidən qurulmuşdur. 8 bloklu binaların giriş blokları, pilləkən meydançaları və pilləkən marşları keramit piltələrlə  üzlənmişdir. Giriş bloklarda mövcud olan pəncərə blokları plastik pəncərə blokları ilə əvəz edilmiş, kommunal xətlər  bərpa edilmiş  və bloklarda daxili hamarlanma işlərinə yaxın zamanlarda başlanacaqdır.

Keçidlər