Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada taxıl biçini işləri yekunlaşmaq üzrədir.

22 iyul 2018 | 11:00

Ölkəmizdə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb etməklə yanaşı daim dövlətimizin diqqət mərkəzində saxlanılır. Respublikamızın hər yerində, o cümlədən Ağstafa rayonunda arpa və taxıl biçini işləri yekunlaşmaq üzrədir.  Rayonda cari ilin məhsulu üçün 10 246,0 hektarda taxıl, o cümlədən 1640,0 hektarda arpa əkilmişdir. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, zəmilərdə bol məhsul yetişdirilib.
Bundan əlavə, taxıl biçininin müvafiq qaydalara uyğun şəkildə zəruri hazırlıq işləri görülüb. Biçinlə əlaqədar sahələrə əlavə kombayn cəlb edilib.
Hazırda qısa vaxt ərzində 1640 hektar arpa sahəsinin 1618 hektarında biçin aparılıb. Qalan 22 hektar sahədə də biçin işləri sürətlə davam etdirilir. Biçin aparılmış sahələrdən bol məhsul tədarük olunub. Hər hektarın məhsuldarlığı orta hesabla 26 sentnerdir.

Buğda biçinində  8606  hektar buğda sahəsinin artıq  6700  hektarı biçilib. Bu isə o deməkdir ki, bu il də Ağstafada taxılın məhsuldarlığı qənaətbəxş hesab olunur.

 

Keçidlər