Şriftin ölçüsü :

Saytın rəngi :

YENİ AZƏRBAYCAN PARTİYASININ AĞSTAFA RAYON TƏŞKİLATININ YARANMASININ 25 İLLIYİ QEYD OLUNDU

23 iyul 2018 | 11:00

Bu gün Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatının yaranmasının 25 illiyi ilə əlaqədar geniş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası  Ağstafa rayon Təşkilatının sədri Ramiz Tatarov açaraq qeyd etdi ki, bu gün Ağstafa rayonu üçün çox əlamətdar və mühüm bir tarixi gündür. Belə ki, Yeni Azərbaycan Partiyası  Ağstafa rayon Təşkilatının yaranmasından 25 il ötür.  Məhs 23 iyul 1993-cü ildə YAP Ağstafa rayon təşkilatının təsis konfransı keçirilmişdir. Sıralarında 5900-dən çox üzvü birləşdirən rayon təşkilatı 25 il ərzində rayonun ictimai-siyasi həyatında, xüsusən mədəni-kütləvi tədbirlərin keçirilməsində yaxından iştirak etmişdir. Bütün kollektivi və üzvlərimizi bu gün münasibəti ilə təbrik edirəm. Sonra sədr çıxışına Gəncə hadisələri barədə davam edərək qeyd etdi ki, Gəncədə baş verən hadisələr dövlətçiliyə qarşı yönəldilmiş təxribatdır.  İqtidarla xalqın həmrəyliyi, bir–birinə sıx bağlılığı sayəsində bu gün Azərbaycan vətəndaşlarının rifah və təhlükəsizlik mühitində yaşadığı sabitlik adasına çevrilib. Bu sabitliyi pozmağa cəhdlər indiyə kimidə olub, bunu törətmək istəyənlər həmişə uğursuzluğa düçar olublar. Dövlətimizin başçısınında bəyan etdiyi kimi, Azərbaycan dünya miqyasında ən təhlükəsiz ölkələrdən biridir. Belə təxribatların heç bir səmərəsi olmayacaq və Azərbaycan xalqı bundan sonrada rahat, təhlükəsiz şəraitdə yaşayacaqdır. 
Sonra təsis konfransında iştirak edən veteran partiyaçılardan Yaqub İsmayılov, Qalib Cəfərov, Səlim Novruzov, Ağstafa rayon Ağsaqqallar Şurasının sədri  Firdovsi Heydərli  öz çıxışlarında rayon təşkilatının yaranma tarixindən geniş bəhs etdilər. Natiqlər xüsusi ilə qeyd ediblər ki,  Gəncədə baş verən qatı cinayətlərin ölkəmizin uğurlarını gözü götürməyən düşmən qüvvələr tərəfindən törədildiyi göz qabağındadır. Hər kəs bir daha şahid oldu ki, hər bir vətəndaşımız dövlətimizin, dövlətçiliyimizin yanındadır.

 

Keçidlər