Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada növbəti layihə: “Ağstafa Store”, Ağstafa Avtovağzal və Ağstafa Otel kompleksləri də daxil olmaqla yeni bir şəhərciyin layihələndirilməsinə start verildi.

31 iyul 2018 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq son illər Ağstafa rayonunda irimiqyaslı abadlıq-quruculuq  və  sosial infrastruktur layihələrin reallaşdırılması tədbirləri uğurla icra olunmaqdadır. Hazırda Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə və əhalinin maddi rifah halının yüksəldilməsinə bilavasitə xidmət edəcək növbəti möhtəşəm sosial layihəyə start verilir. Belə ki, özündə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satış mərkəzlərini birləşdirəcək “Ağstafa Store”, Ağstafa Avtovağzal və Ağstafa Otel kompleksləri də daxil olmaqla yeni bir şəhərciyin layihələndirilməsinə start verilib. Layihənin inşaat işləri son tamamlama mərhələsində olan Ağstafa Aqrar Sənaye Kompleksinin yanında və Bakı-Qazax avtomobil magistralının kənarında, əlverişli mövqedə reallaşdırılması iqtisadi baxımdan olduqca səmərəli olacağına zəmin yaradır. Təbii ki, bu amil digər rayonlardan olan fermer və sahibkarların da öz məhsullarını Ağstafa bazarına çıxarmağa maraq yaradacaqdır. Onların gecələməsi üçün isə Ağstafa Otel Kompleksində olduqca münasib qiymətlərə yüksək şərait yaradılacaqdır. “Ağstafa Store”-da həmçinin ət kəsimi mərkəzi, iri soyuducu anbarlarda yaradılacaqdır. Artıq bazara məhsul çıxaran fermer və sahibkarlar gün ərzində sata bilmədikləri məhsullarını ucuz və rahat qaydada növbəti günlər üçün saxlaya biləcəklər. Yeni Avtovağzal Kompleksindən həmçinin rayonun yaşayış məntəqələrinə müasir tələblərə cavab verən mikroavtobuslar müvafiq marşrutlar üzrə fəaliyyət göstərəcəkdir.

Keçidlər