Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafanın nümayəndə heyəti Litva respublikasının Briştonas şəhərində səfərdədir

06 avqust 2018 | 11:00

Ağstafa rayonu ilə Litva respublikasının Briştonas şəhəri arasında dostluq münasibətlərinin qurulması məqsədi ilə müvafiq proqram çərçivəsində hər iki tərəfin nümayəndə heyətinin qarşılıqlı şəkildə rəsmi səfərləri nəzərdə tutulmuşdur. Belə ki, 17 noyabr 2017-ci il tarixdə Briştonas şəhərinin nümayəndələri Ağstafa rayonu ilə tanışlıq proqramı çərçivəsində rayona səfər etmişdilər. Hazırda isə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin rəhbərliyi ilə rayonun nümayəndə heyəti Briştonas şəhərində səfərdədir. Heyətdə Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Ağstafa Bələdiyyəsinin sədri, rayon Gənclər və İdman İdarəsinin rəisi və ağstafalı iş adamı, sahibkar Vüqar Kərimov yer alıblar.
Ağstafalı qonaqları  Birştonas Bələdiyyəsinin Meri Niyole Dirqinçenieni və şəhərin məsul şəxsləri qarşılayıblar. Bir neçə gün davam edəcək səfər çərçivəsində Ağstafa rayon İcra hakimiyyətinin başçısı və Birştonas Bələdiyyəsinin Merinin iştirakı ilə tərəflərin iqtisadi, sosial və ictimai münasibətlərinin qurulmasını əks etdirən əməkdaşlıq sazişi imzalanacaqdır.

Keçidlər