Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunun nümayəndə heyəti Briştonas şəhər meriyasında olub

07 avqust 2018 | 11:00

Litva respublikasının Briştonas şəhərində işgüzar səfərdə olan Ağstafa rayonunun nümayəndə heyəti müvafiq proqrama uyğun olaraq Briştonas  şəhərinin meri  Nijole Dirqinçienin qəbulunda olub. Dəyirmi masa ətrafında keçən görüşdə fikir mübadilələri aparılıb, əməkdaşlığın detalları müzakirə olunub. Briştonasın meri Ağstafaya səfərləri zamanı yüksək qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirib.  Öz növbəsində Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev belə yüksək səfərlərin təşkilinə görə hər iki dövlət başçısına dərin minnətdarlığını bildirərək qeyd etdi ki, bu əməkdaşlıqdan gözlənilən etimadların doğrulması üçün var gücümüzlə çalışacağıq.
Ağstafadan aparılmış milli mənəvi dəyərlərimizi, mədəniyyətimizi ifadə edən, eləcə də digər rəmzi suvenir və hədiyyələr ev sahiblərinin böyük marağına səbəb olub. Rəsmi görüşün sonunda Ağstafa rayon İcra hakimiyyətinin başçısı meriyanın xatirə kitabına öz ürək sözlərini qeyd edib və xatirə şəkilləri çəkdirilib.
Görüş işgüzar şəraitdə keçib.

Keçidlər