Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada inşa olunan “EKO Keramit” zavodunun tikintisində son tamamlama işləri aparılır

14 avqust 2018 | 11:00

Ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq son illərdə Ağstafa rayonunda yeni-yeni  istehsal, emal və sənaye müəssisələri yaradılmış və bu istiqamətdə işlər uğurla  davam etdirilir.  Belə ki, hazırda Ağstafada fəaliyyət göstərən  “Karvan-L” EKO sənaye parkında daha bir  müəssisənin “EKO Keramit” zavodunun tikintisində son tamamlama işləri həyata keçirilir. Keramika dam örtükləri və kərpic istehsal edəcək zavod 1,5 ha ərazini əhatə edir. İstehsal gücü sutkada 500 kv.m təşkil edəcək  zavodun tam olaraq yerli xammal əsasında fəaliyyət göstərməsi nəzərdə tutulur.  Artıq zavodda yüksək səviyyəli mütəxəssislərin iştirakı ilə test-yoxlama qaydalarına uyğun olaraq ilkin məhsul istehsalı həyata keçirilir. Məqsəd həm işçilərin təcrübə toplamasına və həm də istehsalat prosesində məhsulların yüksək keyfiyyətliyinin müəyyənləşdirilməsidir. Müəssisə tam olaraq  fəaliyyətə düşdükdən sonra isə burada  150 nəfərdən çox şəxs işlə təmin olunacaqdır.

 

Keçidlər