Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada fəaliyyət göstərən “Karvan-L” EKO sənaye parkı fəaliyyətini uğurla davam etdirir

14 avqust 2018 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması barədə tapşırığına uyğun olaraq Ağstafada yaradılmış,  özündə istehsal və emal müəssisələrini birləşdirən “Karvan-L”  EKO sənaye parkı  fəaliyyətini uğurla davam etdirməkdədir. 19 oktyabr  2016-cı il tarixdə  möhtərəm Prezidentimizin Ağstafa rayonuna növbəti səfəri çərçivəsində açılışını etdiyi “Karvan-L” EKO sənaye parkında yaradılan şəraiti yüksək qiymətləndirmişdi. Dövlət başçısı sənaye parkında hazır müəssisələrin açılışını edərək bildirmişdir ki, “Regionların inkişafı, sənaye potensialının gücləndirilməsi, yeni iş yerlərinin, ixrac potensialının yaradılması, kənd təsərrüfatının inkişafı - yəni, bu sənaye parkında bizim siyasətimiz öz əksini tapıb”.
Belə ki, burada polietilen örtüklərin istehsalı, plastik kütlələrin təkrar emalı, xüsusi dəmir konstruksiyalar istehsalı, istismara yararsız avtomobil şinlərinin təkrar emalı, dəmir dam örtüklərinin istehsalı, şüşə və şüşə konstruksiyaların istehsalı, plastik qapı-pəncərə və plastik konstruksiyaların istehsalı, yerli xammaldan bəzək və mozaika daşlarının istehsalı müəssisələri, eləcə də  üzvi turşuların istehsalı qurğusu, günəş enerjisi ilə dolan batareyaların istehsalı sahəsi və bioorqanik kənd təsərrüfatı məhsulları yetişdirilən istixana kompleksi fəaliyyət göstərir.
Hazırda sənaye parkının layihəsinə uyğun olaraq   istehsal gücü sutkada  500 kv. metr olan keramika dam örtüklərinin istehsalı  zavodunun və satış mərkəzinin inşasında  son tamamlama işləri həyata keçirilir.

Keçidlər