Şriftin ölçüsü :

Saytın rəngi :

Qırılı kənd sakinləri ilə növbəti səyyar görüş

28 avqust 2018 | 11:00

Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq Ağstafa rayonunun yaşayış məntəqələrində  vətəndaşların səyyar qəbullları davam etdirilir. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin sakinlərlə növbəti səyyar görüşü Qırılı kəndində keçirildi. Tədbirdə rayonun müvafiq idarə müəssisə və təşkilat rəhbərləri, rayon İcra hakimiyyəti başçısının müvainləri və aparatının şöbə müdirləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Görüşü İcra başçısı açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud siyasi sabitliyindən, eləcə də Ağstafa rayonunda həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələrdən, geniş abadlıq və quruculuq işlərindən geniş bəhs etdi.  Həmçinin Qırılı kəndində görülən işlərədə toxunuldu.
Cənab Məhərrəm Quliyev görüşdə müxtəlif təkliflərlə çıxış edən sakinlərin müraciətlərini qəbul etdi və qaldırılan məsələlərin operativ qaydada həll olunması istiqamətində aidiyyatı üzrə konkret tapşırıqlarını verdi.

 

Keçidlər