Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbhə bölgəsində yerləşən Tatlı kənd sakinləri ilə növbəti görüş

29 avqust 2018 | 11:00

Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev  Ağstafa rayonunun  düşmənlə təmas  xəttində yerləşən Tatlı kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirdi. Görüşdə rayonun müvafiq idarə, müəssisə və təşkilatlarını rəhbərləri, eləcə də kənd sakinləri iştirak edirdilər. Səyyar görüşü giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı dövlətimizin cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinə və orada yaşayan əhaliyə göstərdiyi yüksək diqqət və qayğıdan geniş söz açdı. Qeyd olundu ki, Ağstafanın cəbhə bölgəsində yerləşən kəndlərinə gedən  avtomobil yolunun tamamilə yenidən qurulması  və yeni körpülərin salınması, ən müasir tələblərə cavab verən yeni tam orta məktəb binalarının, tibb məntəqəsinin  tikilib istifadəyə verilməsi, fasiləsiz elektrik enerjisi, təbii qaz verilişi ilə təminat deyilənlərin bariz nümunəsidir. İcra başçısı ölkəmizin hərbi qüdrətindən, ictimai-siyasi sabitliyindən, sürətli-sosial inkişafından da ətraflı bəhs etdi.
Rayon İcra hakimiyyətinin başçısı səyyar görüşdə iştirak edən sakinlərin müraciət və təkliflərini qəbul etdi. Sakinlər suvarma arxlarının betonlanması, kəndin girişində bir ədəd subartezian quyusunun qazılması, təhlükə yaradan iri qovaq ağaclarının kəsilməsi, yeni körpələr evi-uşaq bağçasının tikilməsi kimi məsələləri diqqətə çatdırdılar. İcra başçısı qaldırılan bu və digər  məsələləri nəzarətinə götürdü, eləcə də onların  həlli istiqamətində  aidiyyəti üzrə tapşırıqlarını verdi.

 

Keçidlər