Şriftin ölçüsü :

Saytın rəngi :

Gürcüstanın nümayəndə heyəti Ağstafa rayonuna səfər edib

31 avqust 2018 | 11:00

“ İnkişaf və Əməkdaşlıq üçün Vətəndaş cəmiyyəti: Azərbaycan və Gürcüstanın sərhəd bölgələrində turizm potensialının artırılması” layihəsi çərçivəsində Gürcüstan respublikasından olan nümayəndə heyəti Ağstafa rayonuna səfər edib.
                  Qonaqlar ilk öncə  Ağstafa rayonu Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər. Burada yaradılan şəraitlə yaxından tanış olublar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət ekspozisiya zallarında dahi şəxsiyyətlə bağlı bir-birindən maraqlı fotolara tamaşa ediblər. Həmçinin mərkəzin 400 yerlik böyük akt zalına,  nikah mərasimləri zalına, distant təhsil, ekoturizm, uşaq yaradıcılığı və informasiya mərkəzləri, rəqs studiyası, rəsm qalereyası və dil kursları otaqlarına, kiçik kino zalı, konfrans zallarına da nəzər salıblar. Mərkəzin konfrans zalında keçirilən dəyirmi masada   Ağstafa rayon İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova qonaqlara rayonun tarixi və son illərdə ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən aparılan abadlıq-quruculuq, həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələr barədə geniş məlumat verib. Tədbirdə tərəflər Azərbaycan və Gürcüstan respublikaları arasında olan sıx dostluq münasibətlərindən söz açıblar və qarşılıqlı şəkildə bir-birlərinə hədiyyələr təqdim ediblər.
        Sonra Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkını, Gənclər Mərkəzini, Miniatür Azərbaycan parkını gəziblər, “Keşikçi dağ Dövlət Tarix Mədəniyyət Qoruğu”nun sərgisinə tamaşa ediblər. Sonda qonaqlar onlara göstərilən yüksək qonaqpərvərlik və isti münasibətə görə dərin minnətdarlıqlarını bildiriblər.
         

 

Keçidlər