Şriftin ölçüsü :

Saytın rəngi :

“Əlilliyi olan qadınlara yönəlmiş ayrı-seçkiliyə qarşı ictimai fəallığın artırılması” mövzusunda tədbir keçirilib

31 avqust 2018 | 11:00

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əlil Qadınlar cəmiyyəti” tərəfindən “Əlilliyi olan qadınlara yönəlmiş ayrı-seçkiliyə qarşı ictimai fəallığın artırılması” layihəsi çərçivəsində tədbir keçirilmişdir.
        Ağstafa rayon Təhsil Şöbəsinin akt zalında keçirilən  tədbiri giriş sözü ilə RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər  şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev açaraq Ağstafa rayonunda bu istiqamətdə görülən işlər və həyata keçirilən tədbirlər barədə məlumat verdi. Qeyd olundu kii, bu kateqoriyadan olan insanların problemlərinin həllinə daim diqqət göstərilir. 
          Sonra “Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Rəhimova “Əlilliyi olan qadınlara qarşı yönəlmiş ayrı-seçkiliyə qarşı ictimai fəallığın artırılması və psixoloji yardımın mahiyyəti”, cəmiyyətin psixoloqu Nərminə Mahmudova “Əlilliyi olan qadınlara psixoloji yardımlar göstərməklə mövcud problemlərin həllinə dəstəyin göstərilməsi və psixoloq məsləhət mərkəzinin mahiyyəti”, Cəmiyyətin eksperti Nəzakət Balabəyova “Əlilliyi olan qadınlara qarşı yönəlmiş ayrı-seçkiliyə qarşı dövlət, media və vətəndaş cəmiyyəti əlaqələrini möhkəmləndirməklə fəaliyyətlərinin artırılması” mövzularında çıxış etdilər.
         Daha sonra mövzu ətrafında müzakirələr davam etdirildi.

 

Keçidlər