Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunun məktəbəqədər təhsil müəssisələrinin vəziyyəti diqqət mərkəzindədir

06 sentyabr 2018 | 11:00

Respublikamızın bütün yerlərində olduğu kimi Ağstafa rayonunda da  elm və təhsilin inkişafına dövlət qayğısı günü-gündən artırılır, ümumi təhsil məktəblərinin və məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə xüsusi diqqət yetirilir. Ağstafada  fəaliyyət göstərən  körpələr  evi-uşaq bağçalarının cari vəziyyətləri, oradakı mövcud şərait  xüsusi komissiya tərəfindən təhlil edilərək  dəqiqliklə araşdırılır. Beləliklə  qəzalı vəziyyətdə olan məktəbəqədər təhsil müəssisələri  üçün yeni binalar tikilir, əsaslı təmir tələb olunanlar  yenidən qurulur, cari təmirə ehtiyacı olan binalarda  isə təmir-bərpa işləri həyata keçirilir. Bu istiqamətdə icra olunan tədbirlər çərçivəsində  təmir-bərpa işləri aparılan məktəbəqədər təhsil müəssisələrindən biri Ağstafa  şəhəri  2 saylı körpələr evi-uşaq bağçasıdır. 4 qrupdan ibarət  uşaq bağçasının fəaliyyətinin dayandırmamaq məqsədi ilə korpuslar növbə ilə təmir olunmuşdur.
Ağstafa rayon İcra hakimiyyətinin  başçısı Məhərrəm Quliyev  rayonun bir sıra məsul şəxsləri ilə birlikdə  növbəti dəfə sözü gədən məktəbəqədər təhsil müəssisəsində yaradılan şəraitlə yaxından tanış olub. İşlərin aparılmasına   məsul şəxslərə əlavə  tapşırıq və tövsiyələrini verib. Təmir işləri çərçivəsində binanın dam örtüyü tamamilə yenidən qurulub, otaqların tavanları  və döşəməli yenilənib, yeni sanitar qovşaqlar tikilib, kanalizasiya xətləri yenilənib, yeni mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb,  qapı və pəncərələr yenisi ilə əvəz olunub, həyətində abadlıq işləri aparılıb.

 

Keçidlər