Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafanın orta ümumtəhsil müəssisələrində “Bilik günü” qeyd olundu

15 sentyabr 2018 | 11:00

Bu gün ölkəmizdə ümumtəhsil müəssisələrində yeni dərs ilinin başlanması “Bilik günü” tədbirlərinin keçirilməsi ilə qeyd olunmuşdur.  Ağstafa rayonunun orta ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə rayon İcra hakimiyyətinin, rayon Təhsil şöbəsinin məsul işçiləri, eləcə də müəllimlər, şagirdlər və valideynlər iştirak etmişlər. Tədbirlərdə çıxış edən məsul şəxslər ölkə rəhbərliyinin təhsilimizə göstərdiyi yüksək diqqət və qayğıdan, son dövrlər Ağstafa rayon təhsilində əldə olunmuş nailiyyət və uğurlardan geniş bəhs etmişlər. Məktəbə ilk qədəmlərini qoyan birincilərin ifasında Azərbaycan Respublikasının Dövlət himni, şerlər səsləndirilmiş, müxtəlif bədii kompozisiyalar nümayiş etdirilmişdir.
Sonda yeni dərs ilinin başlanmasını ifadə edən ilk zəng çalınmışdır.

 

 

Keçidlər