Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada əhalinin daha dayanıqlı və təmiz içməli su ilə təmin olunması məqsədi ilə təmizləyici qurğu kompleksi inşa olunur

22 sentyabr 2018 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial sferasında həyata keçirilən siyasətin ən prioritet istiqamətlərindən biri də əhalinin dayanıqlı və təmiz içməli su ilə təmin olunmasından ibarətdir. Dövlətimizin birbaşa diqqət və qayğısı nəticəsində ölkəmizin bütün yerlərində olduğu kimi Ağstafada da əhalinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatının və kanalizasiya xidmətlərinin yaxşılaşmasına dair müvafiq layihə uğurla icra olunmuşdur. Belə ki, möhtərəm Prezidentimizin 05 iyul 2013-cü il tarixdə Ağstafaya növbəti səfəri çərçivəsində Ağstafa şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak etmişdir. Hazırda da bu istiqamətdə həyata keçirilən işlər sürətlə davam edir. Belə ki, rayon mərkəzini içməli su ilə təchiz edən Həsənsu kəndi və Vurğun qəsəbəsi ərazilərində 6 ədəd subartezian quyusu inşa olunmuşdur. Hazırda Vurğun qəsəbəsindəki mərkəzdə  “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq  Ağstafa rayonunda əhalinin daha da təmiz və şəffaf içməli su ilə təmin olunması məqsədi ilə müvafiq içməli su təmizləyici qurğu kompleksinin  inşasında işlər sürtlə davam etdirilir. Burada inşa olunan bir  ədəd su anbarı, bir ədəd nasosxana binası, su təmizləyici qurğu olan “Osmos” qurğusu və idarəetmə binalarında hörgü beton konstruksiya işləri yekunlaşmış, hazırda  qurğuların montaj işləri görülür. Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev aparılan inşaat işləri ilə yaxından tanış olmuş və ümumilikdə Vurğun qəsəbəsindəki mərkəzin fəaliyyətinə nəzər salmışdır.  Məlumat verilmişdir ki, mərkəzdə  2 ədəd 1000 m3 və 2 ədəd 1500 m3 su anbarlarına toplanıb xlorlandıqdan sonra iyirmi dörd saat  ərzində əhalini fasiləsiz olaraq içməli su ilə təmin edir.  Mövcud su anbarı yerləşən ərazidə Xlorator qurğusu suyun kimyəvi və baktereoloji tərkibini yoxlanılması üçün laboratoriya,  şəhər ərazisində suyun təziqli ötürülməsi üçün nasosxana və subartezianların, həmçinin su ambarlarının həcminin mərkəzdən idarə olunması üçün “Skada” qurğusu mövcuddur. Gündəlik olaraq labarotoriyada suyun kimyəvi və baktereoloji tərkibi yoxlandıqdan sonra əhalinin  istifadəsinə verilir. Hər gün müntəzəm olaraq su maye xlor vasitəsi ilə xlorlanaraq anbarlara verilir.

 

Keçidlər