Şriftin ölçüsü :

Saytın rəngi :

Zəlimxan kəndində növbəti səyyar görüş

03 oktyabr 2018 | 11:00

Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev  rayonun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbullarını davam etdirir. Müvafiq qrafiklə rayonun bütün yaşayış məntəqələrini əhatə edən növbəti belə səyyar görüş Zəlimxan kəndində təşkil olunub. Görüşdə rayonun-hüquq mühafizə orqanlarının, müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan İcra başçısı respublikamızın bütün sahələrindəki dinamik inkişafından, höküm sürən ictimai-siyasi sabitliyindən, hərbi qüdrətindən geniş söz açıb. Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqları ilə son zamanlar Ağstafada geniş vüsət almış abadlıq-quruculuq işləri, təsis edilmiş fabriklər, zavodlar, digər sənaye, istehsal və emal müəssisələri və orada yaradılmış minlərlə yeni iş yerləri barədə görüş iştirakçılarına ətraflı məlumat verib.  Zəlimxan kəndində görülən işlərə də toxunan İcra başçısı qeyd edib ki, keyfiyyətlə əsaslı yenidən qurulmuş  13,5 kilometr uzunluğunda olan  Poylu-Zəlimxan-Aşağı Kəsəmən avtomobil yolu bundan on illər sonrada bu kəndlərdə yaşayan əhalimiz üçün yüksək xidmət göstərəcəkdir. Həmçinin son olaraq kəndin mərkəzində vətən uğrunda canlarından keçmiş  zəlimxanlı gənclərin xatirəsinə inşa olunmuş Şəhidlər Parkı sakinlərin istifadəsinə verilmiş,  Zəlimxan kənd  tam orta məktəbində əsaslı təmir işləri sürətlə davam etdirilir, kəndin bir hissəsi sip elektrik kabel sistemi ilə təchiz edilmiş, 1 ədəd iritutumlu elektrik transformatoru quraşdırılmış,  yeni salınmış məhəllədə 350 metrədək yol xırlanaraq abadlaşdırılmış, 2 ədəd subartezian quyusu sakinlərin istifadəsinə verilmişdir. Kənddə görülən işlər çərçivəsində mərkəzi hissədə  sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün müasir tələblərə uyğun inşa olunmuş ictimai-iaşə obyekti də yüksək qiymətləndirilib.  Qeyd olunub ki, yerlərdə bu cür təqdirəlayiq  işlərin ərsəyə gəlməsi  dövlətimiz tərəfindən iş adamları və sahibkarlar üçün yaradılmış münbit şəraitin nəticəsidir.
Sonra rayon İcra hakimiyyətinin başçısı görüşdə iştirak edən sakinlərin təklif və müraciətlərini qəbul edib. Kənd ziyalısı Bayram Nəbiyev Zəlimxan kəndində yeniyetmə və gənclərin sağlamlığını, eləcə də asudə vaxtlarının səmərəli təşkilini təmin etmək üçün “Kənd idman evi”nin inşa edilməsini təklif edib.  Kənd ağsaqqallı Rəhim Mustafayev kəndin “Qobu” adlanan ərazisində 1 ədəd subartezian quyusunun qazılmasına ehtiyac olduğunu bildirib. Azər Abbasov isə yeni salınmış yaşayış məhəlləsi sakinləri adından təbii qaz xəttinin çəkilməsini və elektrik təsərrüfatının yaxşılaşdırılmasını xahiş edib. Səyyar görüşdə səsləndirilən bu və digər məsələləri şəxsi nəzarətinə götürən Məhərrəm Quliyev aidiyyatı üzrə konkret tapşırıqlarını verib.

 

Keçidlər