Şriftin ölçüsü :

Saytın rəngi :

166 şagird yerlik Zəlimxan kənd tam orta məktəb binası əsaslı təmir olunur

05 oktyabr 2018 | 11:00

Ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq Ağstafa rayonunun bütün sahələri, o cümlədən təhsil sisteminin də maddi-texniki bazası gücləndirilir, yeni-yeni təhsil ocaqları tikilib istifadəyə verilir, məktəb binalarında əsaslı yenidən qurma və təmir işləri həyata keçirilir. Son illərdə rayonda 10 yeni məktəb binası tilib istifadəyə verilmişdir. Hazırda Zəlimxan kənd tam orta məktəbinin əsaslı təmiri işləri ilə paralel olaraq Böyük Kəsik kənd tam orta məktəbinin yeni binasının tikintisi davam etdirilir və Həzi Aslanov qəsəbəsində modul tipli məktəbin quraşdırılması işləri başa çatmaq üzrədir.
 Zəlimxan kənd tam orta məktəbi 1988-ci ildə istifadəyə verilmişdir. Məktəbdə tədris şəraitinin yaxşılaşdırılması və təhsilin səviyyəsinin yüksəldilməsi məqsədilə əsaslı təmir işlərinin aparılmasına başlanılmış və hazırda da işlər sürətlə davam etdirilir. İlkin olaraq məktəbin dam örtüyü yüksək keyfiyyətli metal dam örtüyü ilə yenidən qurulmuş, qapı və pəncərələri müasir tələblərə uyğun dəyişdirilmişdir. Kommunikasiya xətləri yenilənir, dəhliz, sinif  və digər yardımçı otaqlarda  əsaslı təmir işlərinin aparılması üçün hazırlıq işləri görülür. Həyətyanı ərazidə də müvafiq  abadlıq, təmir-bərpa işləri aparılacaqdır.
Məktəbin yaxın zamanda müəllim və şagirdlərin ixtiyarına verilməsi nəzərdə tutulur.

 

Keçidlər