Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın tanınmış müğənnisi ağstafalı Eldar Ələkbərovun sənətinin 35 illiyi münasibətilə solo konserti keçirilib

07 oktyabr 2018 | 11:00

Ağstafa rayonunun Göycəli kəndində doğulub, boya-başa çatmış Azərbaycanın  tanınmış müğənnisi  Eldar Ələkbərovun sənətdə olmasının 35 illik yubileyi münasibətilə geniş  konsert proqramı keçirilib. Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkının “Yay” kinoteatrında  təşkil olunmuş konsert  tədbirində  Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayon ictimaiyyəti, hərbi hissələrin bir qrup  əsgər və zabitləri, eləcə də digər bölgələrdən müğənninin sənət sevənləri təşrif buyurmuşdur.
Konsert  tədbirini giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı hər bir ağstafalı  adından müğənnini təbrik edərək  “Rayonun mədəniyyət sahəsində fərqləndiyinə görə.”  Ağstafa Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edib. Öz növbəsində müğənni ölkəmizdə mədəniyyətə,  incəsənətə və  bu sahənin nümayəndələrinə  hər zaman göstərilən yüksək dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.
Cığatel İsaqızının aparıcılığı və “Uğur” instrumental ansamblının müşayiəti  ilə keçən konsertdə müğənni özünün repertuarından və digər tanınmış bəstəkarların  mahnılarını səsləndirib. Müğənninin İki saatadək davam edən hesabat konserti tamaşaçıların böyük rəğbət  və alqışlarına səbəb olub.

 

Keçidlər