Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhərinin Qaçaq Kərəm, İbrahim Rəhimov və Səməd bəy Mehmandarov küçələri də yenidən qurulur

08 oktyabr 2018 | 11:00

Ağstafa rayonunun sosial-iqtisadi inkişaf proqramı çərçivəsində son olaraq yenidən qurulan Ağstafa şəhər  Əsgər Eminov küçəsindən sonra  daha üç küçəsində  Qaçaq Kərəm, Səməd bəy Mehmandarov və İbrahim Rəhimovda da yenidənqurma, təmir-bərpa işlərinə start verilib. Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə hər üç küçəni gəzərək  təmir işləri ilə tanış olub və mövcud uyğunsuzluqların  aradan qaldırılması istiqamətində əlavə tapşırıqlarını verib. Kommunikasiya idarəsi rəhbərlərinə aidiyyəti sahələri üzrə  təmir-bərpa işlərinin aparılmasını tapşırıb.

 

Keçidlər