Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada abadlıq işləri diqqət mərkəzində saxlanılır

22 oktyabr 2018 | 11:00

Ənənəyə uyğun olaraq Ağstafada abadlıq-quruculuq işləri daim diqqət mərkəzində saxlanılır. Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə növbəti dəfə  yenidən qurulan  İbrahim Rəhimov, Əsgər Eminov və Səməd bəy Mehmandarov küçələrini gəzərək  abadlıq-quruculuq  işləri ilə yerində tanış olub. Küçələrə yeni asfalt-beton qatının salınması ilə paralel olaraq elektrik və işıqlandırma sistemi, telekommunikasiya və rabitə xətləri qaydaya salınmışdır. İcra başçısı ümumi işlərin yaxın günlərdə tam yekunlaşdırılmasına dair müvafiq tapşırıqlarını verib.
Həmin ünvanlarda yaşayan sakinlər onlara göstərilən bu cür yüksək diqqət və qayğıya görə ölkə  rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər