Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətinin öyrənilməsi və gənc nəslə çatdırılması ilə əlaqədar ilk dərs keçirildi

25 oktyabr 2018 | 11:00

24 oktyabr 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində Ağstafa rayonu İcra hakimiyyəti başçısının 18 oktyabr 2018-ci il tarixli 137 saylı sərəncamı ilə təsdiq olunmuş dərs qrafikinə uyğun olaraq, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik siyasətinin, həyat  və fəaliyyətinin öyrənilməsi və gənc nəslə çatdırılması məqsədi ilə Ağstafa şəhər 1 saylı tam orta məktəbinin yuxarı sinif şagirdləri ilə ilk dərs keçirilmişdir. Heydər Əliyev Mərkəzinin bələdçilərinin müşaiyiəti ilə mərkəzin muzey salonlarına ekskursiya olundu.Ağstafa şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi İndra Səmədova “Müstəqil Azərbaycan Ümummilli lideri Heydər Əliyevin yolu ilə inkişaf edir” mövzusunda məruzə etdi. Sonra şagirdlər ulu öndərin həyat və fəaliyyətindən bəhs edən filmə tamaşa etdilər. Təsdiq olunmuş dərs qrafikinə uyğun olaraq 2018-2019-cu tədris ilinin sonuna qədər ulu öndərin həyat və fəaliyyəti mövzusunda dərslərdə Ağstafa rayonunun bütün ümumtəhsil məktəblərinin  şagirdlərinin  iştirakı təmin ediləcəkdir.

 

Keçidlər