Şriftin ölçüsü :

Saytın rəngi :

"Mən Azərbaycanlıyam" adlı intellektual telelayihədə Ağstafanı təmsil edən tələbələrimiz qalib gəliblər

31 oktyabr 2018 | 11:00

14-16 oktyabr 2018-ci il tarixində Bakı şəhərində Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnoligiyalar və Təhsil  Nazirliklərinin birgə Azərbaycan dövlət televiziyasının bazasında "Mən Azərbaycanlıyam" adlı intellektual telelayihə həyata keçirilmişdir. “Azərbaycanımızı taniyaq və tanıdaq" şüarı altında keçirilən telelayihənin əsas məqsədi gənc nəsilə Vətənə sevgi və səadət hissini aşılamaq onların intellektual inkişafını təmin etməkdən ibarət olmuşdur. Ağstafa rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı və dəstəyi ilə layihədə Ağstafa rayonunu 10 nəfər tələbə  təmsil etmişdir. İntellektual bilik yarışmasında Ağstafa rayonunun təmsilçiləri yüksən nəticə göstərmişlər. Bunlardan  Məmmədov Zaur Elxan oğlu layihənin qalibi olaraq fəxri fərman və qiymətli hədiyyə olaraq notbukla  təltif olunmuşdur.

 

Keçidlər