Şriftin ölçüsü :

Saytın rəngi :

Həzi Aslanov qəsəbəsində yeni tikilən məktəbə baxış keçirildi

31 oktyabr 2018 | 11:00

Ağstafa rayon İcra hakimiyyəti başçısı Cənab Məhərrəm Quliyev  Həzi Aslanov qəsəbəsində yeni tikilən modul tipli ibtidai məktəbin tikintisinə baxış keçirmişdir. Məktəbdə görülən quruculuq, tamamlanma işlərinə baxış keçirən icra başçısı sonra ölkəmizdə aparılan quruculuq  işlər barədə qəsəbə sakinlərinə geniş məlumat verdi. İcra başçısı Azərbaycanda elmin və təhsilin inkişafı istiqamətində görülmüş işlərdən danışdı. Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın bütün bölgələrində olduğu kimi, Ağstafa rayonunda da təhsilin inkişafı ilə bağlı mühüm layihələrin həyata keçirildiyini qeyd etdi. Yeni tikilməkdə olan modul tipli məktəb ölkəmizdə elmə və təhsilə olan diqqətin əyani göstəricisidir.

 

Keçidlər