Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada "Xəmsə" Milli İntellektual Oyunu üzrə rayon birinciliyi keçirilmişdir

01 noyabr 2018 | 11:00

01 noyabr 2018-ci il tarixdə Yeniyetmə və gənclər arasında intellektual bilik səviyyəsinin artırılması, elm və təhsil sahəsində istedadlı və qabiliyyətli yeniyetmələrin seçilməsi, onların bacarıqlarının stimullaşdırılması məqsədi ilə Ağstafa rayon Gənclər və idman idarəsinin  təşkilatçılığı ilə Heydər Əliyev Muzey Mərkəzində 14-17 yaşlı yeniyetmə və gənclər arasında  "Xəmsə" Milli İntellektual Oyunu üzrə rayon birinciliyi keçirilmişdir. İntellektual  yarışda rayonun  orta ümumtəhsil məktəblərinin  komandaları iştirak etmişdir. Tədbirin açlış mərasimində Ağstafa rayon Gənclər və idman idarəsinin rəisi Feyruz Həsənov, Heydər Əliyev adına mərkəzin dirktoru Ləman Cəlilova çıxışlar edərək yarış iştirakçılarına uğurlar arzuladılar. Milli intellektual yarışmada mübarizə aparan komandalar arasında münsiflərin yekun qərarına əsasən Habil Əzizov adına Vurğun qəsəbə tam orta məktəbinin komandası 1 yerə, Asif Abdullayev adına Ağstafa şəhər 2 saylı tam orta məktəbin komandası 2 yerə ,Elçin Mustafayev adına Yenigün kənd tam orta məktəbin komandası isə 3 yerə layiq görülmüşdür. Qalib komandlar Gənclər və idman idarəsinin və Heydər Əliyev mərkəzinin diplomları ilə təltif edilmişdir. Habil Əzizov adına Vurğun qəsəbə tam orta məktəbinin komandası  "Xəmsə" Milli İntellekyual Oyunu üzrə VI-Azərbaycan Çempionatının zona mərhələsində iştirak etmək hüququ qazanmışdır.

 

Keçidlər