Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” mövzusunda inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırıldılar

04 dekabr 2018 | 11:00

Bu gün Ağstafa rayon İcra hakimiyyəti başçısı aparatının akt zalında “Ölkəmizi tanıyaq” tur aksiyasının iştirakçıları ilə görüş keçirildi. Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyəti başçısı Məhərrəm Quliyev, ölkə rəhbərinin təhsilə daim böyük önəm verdiyini bildirdi. Həmçinin bu turun keçirilməsində məktəblilərin dünyagörüşünün formalaşmasında və inkişafında, onların vətənpərvərlik ruhunda, tərbiyəsində mühüm rolunu diqqətə çatdırı, şagirdlərə təhsildə uğurlu nəticələr arzuladı.
Sonra Zəlimxan kənd tam orta məktəbinin direktoru Qalib Cəfərov, rayon Ağsaqqallar şurasının sədri Firdovsi Heydərli və baçqaları inşa-yazı müsabiqəsinin əhəmiyyətindən danışıldı. Qeyd olundu ki, məktəblilər “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində noyabrın 14-dən 17-dək Lənkəran, Masallı və Astara rayonlarında olublar. Onlar həmin rayonların tarixi, abidələri, muzeyləri, təbiəti, sosial-iqtisadi inkişafı və milli mətbəxi ilə bağlı ətraflı məlumatlar əldə ediblər.  Bildirildi ki, şagirdlər inşa yazılarında “Ölkəmizi tanıyaq” tur-aksiyası barədə təəssüratlarını bir saat ərzində əks etdiriblər.
İcra başçısı Məhərrəm Quliyev şagirdlərin qatıldığı inşa-yazı müsabiqəsində müsabiqənin nəticələrinə əsasən birinci yer X.Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbin 10-cu sinif şagirdi Kərimov Kərim Gündüz oğlu, ikinci yer Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəbin şagirdi Allahverdiyev Emin Nazim oğluna və S.Məmmədov adına Poylu kənd tam orta məktəbinin təşkilatçı müəllimi Rzayev Elsəvər Vilayət oğluna Ağstafa rayon İcra hakimiyyətinin diplomlarını təqdim etdi.

 

Keçidlər