Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada arıçılıqla məşğul olan şəxslərə subsidiyaların verilməsi ilə bağlı qeydiyyat davam edir

11 dekabr 2018 | 11:00

Ağstafada rayonunda münasib iqlim şəraitinə və zəngin faunasına görə arıçılıq ildən ilə inkişaf edir. Rayonda arıçılıq məhsullarından həm ərzaq,  həm də müalicə məqsədilə geniş istifadə edilir. Arıçılığın maya dəyəri az, gəliri isə çoxdur. Ona görə də arıçılıqla məşğul olan  əhali təsərrüfatlarının bu sahəyə marağı artmaqdadır. Eyni zamanda arıçılıq məhsullarına olan təlabatın  və son illərdə bu sahəyə olan dövlət qayğısının artması  gələcəkdə  arıçılığın  daha da inkişaf etməsinə səbəb olacaqdır.  
Bu ildən etibarən Ağstafada arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə 5 il müddətinə subsidiyalar veriləcək. Arıçıların saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat məbləğində Kənd təsərrüfat Nazirliyi tərəfindən subsidiyaların verilməsi bu ilin sonunadək başa çatdırılacaqdır. Hazırda rayonumuzda sənədləşmə və arı ailələrinin müəyyən olunması prosesi davam etdirilir. Bu günə qədər 3500 arı ailəsi qeydiyyata alınaraq birkalanıb. Bu ilin sonunadək daha 3000 arı ailəsinin qeydiyyata alınması nəzərdə tutlur

Keçidlər