Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Yeni il bayramı hazırlığının son tamamlanma işləri aparılır

21 dekabr 2018 | 11:00

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar olaraq 24 - 31 dekabr 2018-ci il tarixlərində Ağstafa rayon İcra hakimiyyətinin və Ağstafa Aqroparkının təçkilatçılığı ilə Ağstafa rayon sakinlərinə xidmət edəcək  möhtəşəm “ Qış yarmarkası”nın son tamamlanma işləri həyata keçirilir. Yarmarkada 24 dekabr tarixində  konsert proqramı ilə start veriləcək.                                                                                                                  
Səhnədə tanınmış incəsənət nümayəndələri – Gülyaz və Gülyanaq, Damla, Namiq Qaraçuxurlu, Sevil-Sevinc bacıları, Maestro Ceyhun,  AASK rəqs qrupu, Şeron qrupu, Zakir Əliyev, Samir Cəfərov çıxış edəcəklər. Bundan əlavə 7 gün boyunca  axşam saat 17:00 dan - 22:00 dək uşaq və yeniyetmələrin asudə vaxtlarını daha mənalı keçirtmək üçün yeni il proqramları  və fast-food tipli xidmətlər göstəriləcək.
“Qış Yarmarkası” boyunca hər gün  incəsənət nümayəndələrinin çıxışları, milli rəqs qruplarının   ifaları, regionun ənənəvi saz ustalarının çıxışları  bayram çoşqusunu daha da artıracaq.   

 

 

Keçidlər