Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada az yaşlı uşaqlar üçün yeni il bayramı keçirildi

26 dekabr 2018 | 11:00

Dekabrın 26-da Ağstafa rayon İcra hakimiyyətinin və Ağstafa Aqroparkının təşkilatçılığı ilə valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud olan və məktəbəqədər təhsil müəsisələrinin uşaqlarının iştirakı üçün ilk dəfə musiqili-əyləncəli Yeni il şənliyi keçirildi.
Uşaqların marağına səbəb olacaq bayram şənliyində uşaq kollektivləri yeni və maraqlı musiqili kompozisiyalar, milli və müasir rəqslərlə çıxış etdilər. Əyləncəli proqramda Ağstafanın incəsənət nümayəndələri də iştirak etdilər.
Uşaqlar şənlikdə rəngarəng çıxışlar, sürprizlər, əlvan şam ağacının ətrafında toplaşaraq  Qar qız və Şaxta baba ilə birgə əyləndilər.

 

Keçidlər