Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafanın təmizliyi hər zaman diqqət mərkəzində saxlanılır

05 yanvar 2019 | 11:00

Həftənin şənbə günləri Ağstafa rayonunun bütün yaşayış məntəqələrini əhatə edən genişmiqyaslı təmizlik işləri həyata keçirilir. Bu gün keçirilən növbəti ümumrayon iməcliyində Bakı-Qazax avtomobil yolunun və dəmir yol xəttinin rayon ərazisindən keçən hissələri boyunca təmizlik, səliqə-səhman işləri həyata keçirildi. Yol kənarları təmizləndi, yaşıllıq sahələrinə xüsusi qulluq göstərildi. Kəndarası yollar və suvarma arxları məişət tullantılarından təmizləndi.

Keçidlər