Şriftin ölçüsü :

Saytın rəngi :

Pirili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin illik hesabat yığıncağı keçirilib

10 yanvar 2019 | 11:00

10 yanvar 2019-cu il tarixdə Pirili kənd kulubunda inzibati ərazi dairəsi üzrə nümayəndəliyin  2018-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir. Ağstafa Rayon İcra hakimiyyətini başçısının 1-ci müavini Ramiz Tatarov çıxış edərək əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini regionların sürətlə inkişaf etməsindən söz açdı.   Ramiz Tatarov daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı. O cümlədən Pirili kəndində də  qaz, işıq, içməli və suvarma suyu, yol məsələləri, təhsil, səhiyyə ocaqları kimi mühüm əhəmiyyətli sosial obyektlər daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə zəruri addımlar atıldığını qeyd etdi.
Sonra İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin  2018-ci ilin yekunlarına həsr olunmuş hesabatı dinlənildi və sakinlərin sualları cavablandırıldı.
Tədbir işgüzar şəraitdə keçdi.

Keçidlər