Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada "Qəhrəmanlar yurdu Azərbaycan" mövzusunda tədbir keçirildi.

12 yanvar 2019 | 11:00

Ağstafa şəhər  3 saylı tam orta məktəbində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şücaət göstərmiş Milli qəhrəmanların  tanıdılmasına həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbirdə Ağstafa RİH-nin, Gənclər və İdman idarəsinin, rayon Təhsil Şöbəsinin məsul şəxsləri və digər qurumların nümayəndələri iştirak ediblər.
Ağstafa RİH-nin məsul işçisi Taleh Hüseynov çıxışında bildirdi ki Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Vətənin müqəddəsliyi öz millətini, yurdunu, elini, obasını sevən hər bir insan üçün əsas amal və arzudur.  Müstəqil olmayan vətəndə azad vətəndaş ola bilməz. Vətən uğrunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur. Həmin qəhrəmanların təbliği isə gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır. Belə tədbirlərin gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tərbiyə olunması, qəhrəmanlıq nümunələrinin gənclər arasında təbliğ edilməsi və torpaq uğrunda canlarından keçən vətən oğullarının xatirəsini yaşatmaqdan ibarət olduğu bildirilmişdir.   Prezident İlham Əliyev bu gün Qarabağ şəhidlərinin xatirələrini əziz tutur, şəhid ailələrinin,  Milli Qəhrəmanlarımızın sosial problemi ilə yaxından maraqlanır, onların problemlərini həll edir.

 

Keçidlər