Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada becərilən dənli taxıl sahələrinə lazımi qulluq göstərilir

15 yanvar 2019 | 11:00

Ağstafa rayon ərazisində 2018-ci ilin payızında 10360 ha sahədə taxıl səpini aparılmışdır. Bundan 8615 ha sahədə buğda, 1645 ha sahədə arpa, 100 ha sahədə xəsillik arpa əkilmişdir.
Fermerlərə dəstək məqsədi ilə Ağstafa DAİM-in yanında monitorinq qrup üzvlərinin iştirakı ilə rayonun əksər kəndlərində dənli taxıl sahələrində siçanabənzər gəmiricilərə qarşı kimyəvi mübarizə aparmaq məqsədi ilə baxış keçirilmişdir. Baxış zamanı əksər əkin sahələrində hava şəraitinin quraq keçməsi səbəbindən siçanabənzər gəmricilərə rast gəlinir. İmkan olan sahələrdə aqrotexniki mübarizə məqsədi ilə suvarma işləri aparılmışdır. Kimyəvi mübarizə məqsədi ilə rayonun Bitki Mübarizə Mərkəzinin əməkdaşları Dövlət büdcə hesabına verilmiş brodifakt kimyəvi preparatından istifadə edərək aldadıcı yemlər hazırlayaraq əkin sahələrinə verilməsi barədə fermerlərə geniş məlumat verilir. Əkin sahələrə yem verilərkən təhlükəsizlik qaydalarına riayət edilməsi barədə geniş məlumat verilir. Kimyəvi mübarizə məqsədilə xüsusi geyim forması,rezin əlcək, germetik göz eynəyi, qoruyucu nəfəs aparatları (respiratorlar), çəkmədən istifadə olunur.
Ötən ilin yanvar ayında 15 kq sink-fosfid preparatından istifadə edərək 1333 ha sahədə aldadıcı yemlər hazırlanaraq Poylu, Saloğlu, Dağ Kəsəmən, Vurğun və Qırlı kəndələrində kimyəvi mübarizə işləri aparılmışdır. Fevral ayında dövlət büdcə hesabına 20 kq brodifak preparatından istifadə edərək Qırlı, Dağ Kəsəmən, Vurğun, Böyük Kəsik, Saloğlu kəndlərində 500 ha sahədə kimyəvi mübarizə işləri aparılmışdır. Noyabır ayında 1667 ha əkin sahələrinə dövlət büdcə hesabına 40 kq brodifak kimyəvi preparatından istifadə edilmişdir. Köçəsgər, Köçvəlili, Qırlı, Zəlimxan, Eynallı kəndlərində aldadıcı yemlər hazırlanaraq əkin sahələrində kimyəvi mübarizə tədbirləri aparılmışdır.
2018-ci ildə dövlət büdcə hesabına 3500 ha taxıl sahələrində yemlər hazırlanaraq kimyəvi mübarizə tədbirləri aparılmışdır.

Keçidlər