Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa Aqroparkda işlər surətlə davam edir

04 fevral 2019 | 11:00

Rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağstafa Aqroparkda yaradılan müasir standartlara uyğun yeni istehsal sahələri ilə yaxından tanış oldu.  Ağstafa Aqroparkın müşahidə şurasının sədri Rəsul Orucov bildirdi ki, Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatının inşası yekunlaşıbdır. Hazırda görülən işlər mütəxəssislərin iştirakı ilə bir daha nəzərdən keçirilir.  Region üçün böyük əhəmiyyət daşıyacaq bu kombinat 5 zavoddan - saatda 25 ton dənli bitkilərin toxum istehsalı və saatda 5 ton paxlalı bitkilərin toxumu istehsalı zavodları, saatda 200 ton emal gücü olan taxıl təmizləmə çeşidləmə və qurutma rezervuarı, sutkada 120 ton istehsal gücü olan taxıl dəyirmanı və qaba yem zavodu, Yarımfabrikat çörək və hazır çörək zavodlarından ibarətdir.Burada həmçinin mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, iaşə obyektləri, eləcə də standartlara uyğun 140 yerlik yeraltı avtomobil dayanacağı inşa edilmişdir. İaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları satışa çıxarılacaq.
Rayon İcra başçısı cənab Məhərrəm Quliyevə bildirildi ki, burada inşa olunan taxıl dəyirmanının emal gücü saatda 5 tondur. Qabaqcıl texnologiyaların tətbiqi buğdadan maksimum un əldə etməyə şərait yaradıbdır. Beləliklə həm yüksək keyfiyyətli un məhsulları hazırlanacaq, həm də mövcud tullantılardan səmərəli istifadə olunacaqdır. Qeyd edildi ki, dəyirmanın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, emala təqdim edilmiş taxıl yuyulmayacaqdır. Taxılın nəmləndirilməsi xüsusi texnologiya ilə həyata keçiriləcək. Bu da həm unun keyfiyyətli olmasına, həm də vaxt və məhsul itkisinin qarşısını almağa imkan verəcəkdir. Kəpək və digər qırıntılardan isə heyvandarlıq üçün yem hazırlanacaqdır. Kompleksin yaradılmasında əsasən Almaniya və İsveçrə texnologiyalarından istifadə olunubdur.

 

Keçidlər