Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada əhalinin növbəti tibbi müayinəsinə start verildi

11 fevral 2019 | 11:00

Ağstafa rayon Mərkəzi Xəstəxanasında yaradılmış həkim briqadası tərəfindən əhali kütləvi şəkildə növbəti tibbi müayinədən keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən fevralın 11-dən başlayaraq respublikanın hər yerində olduğu kimi, Ağstafa  rayonunda da əhalinin tibbi müayinəsinə başlanılmışdır.
4 Fevral 2019-cu il tarixli  rayon İcra hakimiyyəti başçısı cənab Məhərrəm Quliyevin 10 saylı Sərəncamı ilə komissiya yaradılıbdır. Ağstafa rayon əhalisinin növbəti tibbi müayinəsinin səmərəli təşkilindən ötrü qrafik tərtib olunmuşdur. Müayinənin ilk günündən başlayaraq Ağstafa rayon Mərkəzi Xəstəxanasında yaradılmış həkim briqadası tərəfindən əhali kütləvi şəkildə tibbi müayinədən keçirilir. Artıq bu gün yüzlərlə rayon sakinləri tibbi müayinədən keçirilmişdir. Xəstəlik müəyyən olunmuş şəxslər müalicə edilməkdən ötrü aidiyyatı üzrə istiqamətləndirilir. Dövlət Başçısının əhalinin sağlamlığına göstərdiyi böyük diqqət və qayğısını yüksək qiymətləndirən rayon sakinləri  xüsusi həvəslə profilaktik tibbi müayinələrdən keçdilər. Ayrı-ayrı həkim otaqlarında eləcə də rentgen, ultrasəs müayinəsi kabinetlərində labaratoriyada profilaktik müayinələrin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi şərait yaradılıb.
Əhalinin kütləvi şəkildə tibbi müayinədən keçirilməsi may ayının 1-dək davam etdiriləcəkdir.

 

Keçidlər