Şriftin ölçüsü :

Saytın rəngi :

"Bölgələrdən bölgələrə” adlı layihəyə Ağstafadan start verildi

11 fevral 2019 | 11:00

Azərbaycan  televiziyası QSC və Mədəniyyət nazirliyi tərəfindən regionlarımızın mədəni irsinə, xalq yaradıcılığına və incəsənətinə həsr olunan “Bölgələrdən bölgələrə” adlı müştərək televiziya verilişinin ilk çəkilişinə Ağstafa  rayonundan start verildi.
Rayonun Musiqi mərkəzində keçirilən tədbirdə rayon İcra hakimiyyətinin təmsilçiləri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, həmçinin respublikamızın digər bölgələrindən gəlmiş qonaqlar iştirak ediblər. Konsertdə Ağstafanın istedadlı şagirdləri tərəfindən bəstəkar və xalq mahnıları ifa olunub, Qonşu rayonların özfəaliyyət kollektivləri milli, etnik rəqs nümunələri ilə çıxış edərək simli musiqi alətlərimizin geniş ifa imkanlarını göstəriblər. İştirakçılarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Rayon ziyalıları bölgələrdə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək, tədbirin təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər