Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq şairi Nəriman Həsənzadənin 88 yaşı tamam olur

18 fevral 2019 | 11:00

Azərbaycanın xalq şairi Nəriman Həsənzadə 1931-ci ildə Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını, iyirmi üç yaşında isə anasını itirib. İbtidai və orta təhsilini öz doğma obasında alıb. 1949-1953-cü illərdə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universiteti) filologiya fakültəsində ali təhsil alıb. 1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olub. Xidmətini başa vurduqdan sonra Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı ikiillik ədəbiyyat kursuna göndərib. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub. Beş il də burada təhsil alıb. 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin "Azərbaycan Ədəbiyyatı tarixi" kafedrasının aspiranturasında oxuyub. 1965-ci ildə "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. Bir sıra vəzifələrdə çalışıb. 2011-ci ildə "Şərəf" ordeni ilə təltif olunub və prezidentin fərdi təqaüdünə layiq görülüb. 2005-ci ildən Azərbaycanın xalq şairidir. 30-dan çox kitabı işıq üzü görüb…
Deyir ki,- "Şair olmaq bədbəxçilikdir. Daim öz aləmində olursan, qəm-qüssə çəkirsən"…
Nə qədər haqlıdır, deyə bilmirəm, amma onu yaxşı bilirəm ki, xalq sevgisi qazananlar əsl xoşbəxt insanlardır. Ömrünün ixtiyar çağını yaşayan, xalqın sevgisini qazanmış bu bəxtəvər şairin fevralın 18-də 88 yaşı tamam olur.
Ağstafa rayon İcra hakimiyyəti  olaraq təbrik edir, şairimizə xoşbəxt günlər arzulayırıq

Keçidlər