Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunda Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə tədbir keçirildi

05 mart 2019 | 11:00

Bu gün Ağstafa rayonun Yeni Azərbaycan Partiyasının  Ağstafa rayon təşkilatında "5 mart Bədən tərbiyəsi və İdman günü"nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, rayon idmançıları, hərbi təlim və idman müəllimləri, məşqçilər iştirak edirdilər.
Rayon İcra hakimiyyətinin məsul işcisi Əziz Məsmalıyev  tədbiri giriş sözü ilə açaraq əlamətdar gün münasibətilə idman ictimayətinin nümayəndələrini təbrik etdi. Dövlətin digər sahələrə olduğu kimi bədən tərbiyəsi və idman sahəsinə göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə idmanın kütləviliyinin təmin olunması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər barədə geniş məlumat verdi.
Sonra  rayon Gənclər və idman idarəsinin rəis müavini Kamilə Zamanova , Azərbaycan Respublikasının Prezidenti Yanında İdarəçilik Akademiyasının 4 kurs tələbəsi Musa Qocazadə və digərləri çıxış edərək  ölkə rəhbəri  tərəfindən respublikada idmanın kütləviliyinə nail olunması və idmanının daha da inkişaf etdirilməsi üçün aidiyyəti qurumlar qarşısında xüsusi vəzifələr qoyulduğunu qeyd etdilər. Ölkədə həyata keçirilən məqsədyönlü, davamlı sosial siyasətin  idmanın inkişafında da mühüm rol oynadığını və son illərdə Azərbaycanda 50-dək yeni olimpiya idman kompleksi, bir sıra müxtəlif idman növləri üçün möhtəşəm arenalar istifadəyə verildiyi diqqətə çatdırIıldı. Tədbirdə ötən dövr ərzində idman sahəsində əldə etdikləri yüksək nailiyyətlərə görə bir qrup yeniyetmə və veteran idmançılar Ağstafa rayon Gənclər və İdman idarəsinin təsis etdiyi “Fəxri Fərman” və qiymətli hədiyyələrlə təltif olundular.

 

Keçidlər