Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada şəhid qardaşların xatirəsinə Kikboksinq idman növü üzrə rayon birinciliyi keçirildi.

12 mart 2019 | 11:00

09-10 mart 2019-cu il tarixdə rayon Gənclər və idman idarəsinin, Səfərbərlik və Hərbi xidmətə  çağırış üzrə Dövlət xidmətinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə Ağstafa şəhər 2 saylı tam orta məktəbin idman zalında Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş  Qırılı kənd sakinləri Abbasov Xəyat və Abbasov Bakir qardaşlarının xatirəsinə həsr edilmiş Kikboksinq idman növü üzrə rayon birinciliyi keçirildi. Birincilikdə uşaq, yeniyetmə və gənclər arasında 26 çəki dərəcəsində Gəncə, Mingəçevir şəhər, Tərtər, İmişli, Şəmkir, Naftalan, Ağcabədi, Goranboy, Bərdə rayonlarından ümumilikdə 150 nəfər idmançı mübarizəyə qatılıbdır. Açılış mərasimində Azərbaycanın müstəqilliyi  və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  Səfərbərlik  və Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin rayon şöbəsinin rəisi Nazim Çələbiyev, rayon Gənclər və idman idarəsinin baş məsləhətçisi Turan Hüseynov və digərləri çıxışlar edərək Xəyat və Bakir qardaşlarının   şücaətli döyüş yollarından danışdılar. Bildirildi ki, Ümummilli liderin siyasi xəttinin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qüdrətli ordusu işğalda olan torpaqlarımızı azad edəcək, Azərbaycanımızın üçrəngli bayrağını doğma Qarabağımızda dalğalanacaqdır. Tədbirdə çıxış edən şəhid qardaşların anası Firəngiz Abbasova övladlarimin xatirəsinin belə  tədbirlərdə yüksək ehtiram hissi ilə anıldığı üçün rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirdi.
Sonda birincilikdə mübarizə aparan  qalib idmançılar Ağstafa rayon Gənclər və idman idarəsinin təhsis  etdiyi diplom və medallarla təltif olundular.

 

Keçidlər