Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada məktəblilər arasında "Şahin" Respublika hərbi idman oyununun rayon birinciliyi keçirildi

13 mart 2019 | 11:00

12 mart 2019-cu il tarixdə 2 saylı tam orta məktəbin idman meydançasında  rayon Gənclər və idman idarəsinin, Təhsil şöbəsinin və Səfərbərlik və Hərbi Xidmətə çağrış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi və geniş təbliğ olunmasına xidmət edən  "Şahin" Respublika  hərbi idman oyunlarının Ağstafa rayon birinciliyi keçirilmişdir. Birincilikdə rayonun 36 tam orta məktəbinin VIII-X sinif şagirdləri oyunun əsasnaməsindəki mərhələlərinə  uyğun formada 8 mərhələ üzrə mübarizə apardılar. Hakimlərin yekun qərarı ilə Əmirxan Hüseynov adına şəhər 1 saylı tam orta məktəbin komandası 1 -ci yerə, Tatlı kənd tam orta məktəbin komandası 2-ci yerə, şəhər 2 saylı tam orta məktəbin komandası isə 3-cü yerə layiq görülübdür. Birinciliyin sonunda qalib komandalar Gənclər və idman idarəsinin  o cümlədən, Təhsil şöbəsinin diplom və qiymətli hədiyyələri ilə təltif olundular.

Keçidlər