Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun körpələr evi-uşaq bağçalarında Novruz bayramı ilə bağlı silsilə tədbirlər keçirilir

14 mart 2019 | 11:00

Ağstafa rayonunun məktəbəqədər təhsil müəssisələrində xalqımızın milli adət ənənələrini özündə birləşdirən Novruz bayramı keçirilir. Bayram şənliyində Novruz personajları Keçəl və Kosanın oyunları, Dədə Qorqud və Bahar qızının gəlişi iştirakçıların marağına səbəb olub. Tədbirlərdə şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər göstərib, yallı gedib və digər bacarıqlarını nümayiş etdiriblər.

Keçidlər